“Erməni tərəfinin təhriki ilə başlayan 44 günlük müharibədə bölgədə 30 il davam edən işğal sona çatıb. Bu müddətdə Türkiyə “Bir millət, iki dövlət” prinsipi ilə azərbaycanlı qardaşlarımıza dəstək verdi”.
SİTAT.İNFO xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.
“Bu gün isə atəşkəsin daimi olması üçün Birgə Mərkəzdə Rusiya və Türkiyə silahlı qüvvələri qarşılıqlı fəaliyyət göstərir. Eyni zamanda Azərbaycan Ordusunun modernləşdirilməsi, təlimi, minaaxtarma mövzularında qardaşlarımızla sıx əməkdaşlıq edirik”, - dövlət başçısı vurğulayıb.