"İyuldan etibarən müəllimlərin sertifikasiyası ilə bağlı qeydiyyat prosesinə start veriləcək".
"Sitat.info" xəbər verir ki, bunu Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli deyib.
O bildirib ki, imtahan üçün müəllimlərin özlərinin qeydiyyatdan keçmələrinə ehtiyac yoxdur:
"Qeydiyyat Regional Təhsil İdarələri tərəfindən aparılacaq. Müəllimlərin işə qəbulu (MİQ) imtahanları üçün 15 imtahan mərkəzinin ayrılması nəzərdə tutulub. Sertifikasiyada isə bunlardan 8-i istifadə olunacaq".
O əlavə edib ki, ertifikasiya imtahanlarının avqust ayının sonunda keçirilməsi planlaşdırılır:
"İmtahanlardan sonra ilin sonuna kimi müsahibələr təşkil olunacaq".
/Report