Şabran Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi rüşvət alıb.
SİTAT.İNFO xəbər verir ki, bu barədə səs yazıları sosial şəbəkələrdə yayılıb.
Belə ki, polis baş leytenantı Vasif Bəşirlinin pul tələb etdiyi iddia olunur.
Səslənən iddiaya görə, o, kimləsə əlbir olub və müxtəlif şəxslərdən rüşvət alaraq onları rayon ərazisində işə düzəldəcəyini vəd edib.
Səs yazısında V.Bəşirli əlbir olduğu adamdan 400-500 manat pul tələb edir.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yayılan səs yazısı barədə araşdırma aparılır:
“Bu barədə ətraflı məlumat veriləcək”.