Meymunçiçəyinə qarşı peyvəndin ÖLÜMCÜL TƏHLÜKƏSİ

08:51 10 İyun 2022

Meymunçiçəyi xəstəliyinə qarşı istifadə oluna bilən çiçək vaksinləri əlilliyə və ya ölümə səbəb ola bilər.

Sitat.info xəbər verir ki, bu barədə Ura.ru-ya müsahibəsində professor Anatoli Altşteyn danışıb.

“Rusiyada təbii çiçək peyvəndi ehtiyatımız var. Əlbəttə ki, ondan meymunçiçəyinə qarşı istifadə etmək olar, lakin bu, çox arzuolunmazdır. Çiçək xəstəliyinə qarşı peyvənd virusun əsasında hazırlanıb və uzun illərdir istifadə olunub. Buna baxmayaraq, çox ciddi fəsadlar verə bilər: peyvənd olunan 100.000 nəfərdən biri əlil ola, hətta ölə bilər. Peyvəndin kifayət qədər ciddi fəsadları var idi. Vaksin həmişə həkimlər üçün başağrısı olub. Peyvəndin istifadə olunmamasına qərar veriləndə həkimlər rahat nəfəs aldılar”, - professor bildirib.

 

/Publika.az

 



Xəbər xətti