Fiziki məhdudiyyətli uşaqlara əlilliyin təyinolunma qaydası açıqlanıb

12:02 10 İyun 2022

“Qazilərin əlilliyinin qiymətləndirilməsi davam edir”.

Sitat.info xəbər verir ki, bunu Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov bu gün keçirilən mətbuat konfransında deyib.

“930 nəfər bizim reabilitasiya mərkəzində müalicələrə cəlb olunub”, - Anar Bayramov bildirib.

Uşaqlarda əlilliyin təyinatına toxunan sədr deyib ki, bu zaman birinci, ikinci dərəcəli əlillik olaraq təyinat aparılmır: “Onlar ümumilikdə sağlamlıq imkanları məhdud uşaq olaraq qiymətləndirilir. Yeni meyarın təsdiqindən sonra onlar sağlamlıq imkanlarının itirilməsinə görə faiz göstəricisi üzrə kateqoriyalara ayrılacaq. 80 faiz fiziki məhdudiyyəti olan uşaqlara 430 manat ödəniş təyin ediləcək”.

/Apa.az



Xəbər xətti