Polkovnik-leytenant məhkəməyə verildi – BU SƏBƏBƏ GÖRƏ

14:14 10 İyun 2022

"Rabitəbank" Neftçala rayon Mühafizə Bölməsini və onun sabiq rəisini məhkəməyə verib.

Sitat.info xəbər verir ki, iddia bank tərəfindən görülən xidmətə görə ödənişin edilməməsi ilə bağlıdır.

Buna görə də, "Rabitəbank" Neftçala rayon Mühafizə Bölməsini və həmin bölmənin sabiq rəisi, polis polkovnik-leytenantı Babayev Əli Arif oğlunu məhkəməyə verib.

Qeyd edək ki, Ə. Babayev daxili işlər nazirinin əmrilə Neftçala rayon Mühafizə Bölməsinin rəisi vəzifəsindən azad edilib və Sabirabad regional Mühafizə şöbəsinin rəisi təyin edilib. (Gundem.az)



Xəbər xətti