Oğuz rayonunda ağaclar qanunsuz kəsilib

20:02 7 Fevral 2022

Ağacların kəsilməsi ilə bağlı araşdırmalar davam edir.

Oğuz rayonunun Çaldaş kəndinin Türyançay Dövlət Təbiət Qoruğu ilə həmsərhəd ərazisində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət yerində araşdırılıb və fakt təsdiqini tapıb. 

Xidmət rəisi Hikmət Əlizadə bildirib ki, hazırda təqsirkarların müəyyən olunması və barələrində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə hüquq-mühafizə orqanları ilə birgə araşdırmalar davam edir.



Xəbər xətti