Bakıda keçirilən “Formula 1” üzrə Azərbaycan Qran-prisində birinci sərbəst yürüş başa çatıb.
Sitat.info “oxu.az”a istinadən xəbər verir ki, “Red Bull” komandasının pilotu Serxio Peres ən yaxşı nəticəni göstərib.
“Ferrari”dən Şarl Lekler ikinci, Peresin komanda yoldaşı Maks Ferstappen isə üçüncü olub.
***15:26
Bakıda “Formula-1” üzrə Azərbaycan Qran-prisində ilk sərbəst yürüşə start verilib.
Sitat.info “oxu.az”a istinadən xəbər verir ki, yürüşün ilk dəqiqələrində ilk qəza baş verib.
“Haas” komandasından Mik Şumaxer idarəetməni itirərək maneələrə çırpılıb.
Onun bolidi trekdən uzaqlaşdırılıb.