Azərbaycanın beynəlxalq hava limanlarında sərnişin axını iki dəfədən çox artıb

17:22 10 İyun 2022

Bu ilin əvvəlindən Azərbaycanın beynəlxalq hava limanlarında ümumi sərnişin axını 1,53 milyon nəfər təşkil edib. Bu göstərici ötən ilin analoji göstəricisindən iki dəfə çoxdur.

Heydər Əliyev Beynəlxalq Aeroportundan “APA-Economics”ə verilən məlumata görə, may ayında ölkənin hava limanlarında 396 min nəfərə xidmət göstərilib, onlardan 315 min nəfəri paytaxt hava limanından uçan və ya bura gələn sərnişinlərdir.

Bakı hava limanının baza aviadaşıyıcıları – “AZAL” və “Buta Airways” ilə ilin əvvəlindən müvafiq olaraq 455 və 154 min sərnişin daşınıb. Onlardan 341,5 min nəfəri beynəlxalq reyslərin sərnişinləridir ki, bu da beynəlxalq daşımaların ümumi həcminin 36%-ni təşkil edir.

2022-ci ilin may ayında Bakı hava limanına 24 xarici aviaşirkət müntəzəm uçuşlar həyata keçirib. Həmçinin, bu ay Varşavadan Bakıya LOT aviaşirkətinin birbaşa reysləri açılıb.

May ayında Bakıdan 10 ən populyar beynəlxalq istiqamətə İstanbul, Dubay, Moskva, Tbilisi, Abu-Dabi, Şərcə, Minsk, Ankara, İzmir və Küveyt şəhərləri daxil olub.



Xəbər xətti