Türkiyənin Kahramanmaraş bölgəsində su kanalına düşən əkizlər boğularaq ölüb.
SİTAT.İNFO xəbər verir ki, Kahramanmaraşın Pazarcık rayonunda 9 yaşlı əkizlər Mustafa və İrem Akcan su kanalına düşərək boğulublar.
Uşaqların yıxıldığını görən ailə köməyə qaçıb. lakin onlar uşaqları xilas edə bilməyib, 112 Təcili Zəng Mərkəzinə zəng edərək kömək istəyiblər. Çağırış üzərinə bölgəyə xilasedicilər, polis və tibb işçiləri xilasetmə əməliyyatına başlayıb.
Lakin axtarışlardan sonra əkizlərin cansız bədənləri yıxıldıqları yerdən 4 kilometr aralıda tapılıb.
Mustafa və İrem qardaşlarının cənazələri kanaldan çıxarılarkən ailələri göz yaşlarına boğulub.
Əkizlərin cəsədləri müayinə olunduqdan sonra müayinə üçün Kahramanmaraş Ədliyyə Tibb Qurumuna göndərilib.
Səid İsaoğlu,
SİTAT.İNFO