Şuşada Arayik Arutunyanın xaraba qalmış evi, Nissanı, Opeli...- FOTOLAR

10:02 12 İyun 2022

Sitat.info xəbər verir ki, Şuşanın ən yüksək nöqtəsində Xankəndiyə baxan istiqamətində separatçı Arayik Arutunyanın  villası olub.


Villadan baxanda Xankəndi şəhəri ovuc içi kimi görünür. Buranı Şuşanın ən gözəl, səfalı məkanı da adlandırmaq olar.


Arutunyanın həyətində isə iki avtomobil var. Yararsız vəziyyətdə olan "Nissan X-trail" və "Opel Zafira" markalı avtomobillərdir.  Görünür Araik bu maşınlarla villasına gedib, gəlirmiş.


Bu məkana indi Araik Xankəndidən yalnız durbinlə baxa bilir. Gün gələcək durbinlə baxdığı yerlərə də belə həsrətlə baxacaq.


Allah ordumuzu, əsgərimizi qorusun!

Səid İsaoğlu,

SİTATİNFO




Xəbər xətti