Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.
Bu barədə Sitat.info-ya Mərkəzdən bildirilib.
Hazırda bu yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:
1. Bakı-Sumqayıt şosesində – (Xocəsən yolu ilə kəsişmədən Beynəlxalq Avtovağzalın qarşısına qədər)
2. Moskva prospektində - (Beynəlxalq Avtovağzalın qarşısından 20 Yanvar dairəsinə qədər)
3. Binəqədi şosesində - (Mərkəzə doğru – “Azadlıq prospekti” metro stansiyası istiqamətində)
4. Rövşən Cəfərov küçəsində - (20 Yanvar dairəsindən başlayaraq əsas yolda, Ziya Bünyadov prospekti istiqamətində)
5. Abdulvahab Salamzadə küçəsində - (Qələbə dairəsindən Ziya Bünyadov prospekti ilə kəsişməyədək)
6. Ziya Bünyadov prospektində - (Böyükşor gölünün yanından Atatürk prospekti ilə kəsişməyə qədər əsas yolda, 20 Yanvar dairəsi istiqamətində)
7. Tbilisi prospektində - (20 Yanvar dairəsindən Ak.Həsən Əliyev küçəsi ilə kəsişməyədək, A.Bakıxanov küçəsi istiqamətində)
8. Ak.Həsən Əliyev küçəsində - (Tiflis prospekti ilə kəsişmədən 1 saylı ASAN Xidmətin qarşısına qədər)
9. Abbasqulu ağa Bakıxanov küçəsi – (İzmir küçəsi ilə kəsişmədən Səməd Vurğun küçəsi ilə kəsişməyədək. Türkiyə səfirliyi istiqamətində)
10. Koroğlu Rəhimov küçəsində - (Ak.Həsən Əliyev küçəsi istiqamətində nisbətən)
11. Heydər Əliyev prospektində - (“Koroğlu” metro stansiyasının qarşısından 5 saylı ASAN Xidmət mərkəzinin qarşısına qədər, əsas və kənar yolda, həmçinin Bağırov körpüsündən Heydər Əliyev Mərkəzi istiqamətində əsas və kənar yolda)
12. Xətai prospekti – (Tələt Şıxəliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti ilə kəsişməyə qədər)
13. Yusif Səfərov küçəsində - (Xocalı prospekti ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində və əks istiqamətdə 28 May küçəsinə dönən hissədə)
14. 28 May küçəsində - (Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyədək)
15. Dilarə Əliyeva küçəsində - (Puşkin küçəsi ilə kəsişmədən hər iki istiqamətdə kəsişməyədək)
16. Kövkəb Səfərəliyeva küçəsində - (28 May küçəsi ilə kəsişmədən hər iki istiqamətdə).