Özünü qazi kimi təqdim edib dilənçilik edən şəxsin əməlləri ifşa edildi – VİDEO

11:16 13 İyun 2022

Paytaxtda özünü qazi kimi təqdim etməklə, hərbi geyimdə əlil arabasında dilənçilik edən şəxsin əməlləri polis tərəfindən ifşa edilib. 

Sitat.info DİN-in Mətbuat Xidmətinə istinadən xəbər verir ki, 1996-cı il təvəllüdlü Ağdaş rayon sakini Ümid Məmmədov daha asan və daha çox “qazanc” əldə etmək məqsədilə ənənəvi üsullardan kənar yollarla dilənçilik fəaliyyəti ilə məşğul olub. 

Sağlamlıq vəziyyəti qaydasında olan, heç bir əlillik dərəcəsi olmayan Ü.Məmmədov barəsində araşdırmalar davam edir.



Xəbər xətti