Rusiyanın növbəti uğursuzluğu bu şəhərdə oldu: Səbəbi bu silahlardır...

11:45 13 İyun 2022

Humanitar nöqteyi-nəzərdən Severodonetskdə vəziyyət “çox, çox ağırdır” və mühasirədə olan Mariupoldakı vəziyyətə bənzəyir.

Ukrayna Silahlı Qüvvələri çoxlu sayda mülki şəxsin gizləndiyi Severodonetskdə yerləşən Azot zavoduna nəzarət edir. Ukraynada Rusiyanın  daha bir rusiyalı blitskriqi Ukrayna hərbçilərinin inadkar müqaviməti nəticəsində uğursuzluğa düçar olub.

SİTAT.İNFO  xəbər verir ki, bunu mediaya müsahibəsində Ukrayna müdafiə nazirinin müşaviri Yuri Sak deyib.
Onun sözlərinə görə, humanitar baxımdan Severodonetskdə vəziyyət “çox, çox ağırdır” və mühasirəyə alınmış Mariupoldakı vəziyyətə bənzəyir. Lakin indi hadisələr daha dinamik inkişaf edir.

"Küçə döyüşləri gedir. Bəzi yerlərdə Ukrayna ordusu əks-hücumlara keçir, əgər Ukrayna ən qısa zamanda ixtiyarına ağır silahlar alarsa, hücumu daha effektiv həyata keçirilə bilər", - Sak deyib.

O xatırladıb ki, Ukrayna 155 mm çaplı 150 haubitsa alıb və cəbhədə istifadə edir, lakin daha çox uzaqmənzilli artilleriya sistemləri tələb olunur.

"ABŞ Ukraynaya daha dörd HIMARS sistemi verəcəyini söylədi. Böyük Britaniya Ukraynanı MLRS sistemləri ilə təmin edəcəyini söylədi... İndi Ukraynaya əks-hücum edib torpaqlarımızı azad edə bilmək üçün bu sistemlərdən təxminən 100 ədədinə ehtiyac var", - Sak deyib.

Lamiyə Xəqani,

SİTAT.İNFO



Xəbər xətti