Dünya mediasında kasetli bomba dəhşəti: Ukraynadakı bu görüntülər tirajlanır...

12:20 13 İyun 2022

Beynəlxalq Amnistiya Təşkilatının yeni hesabatında yeni bir sual gündəmə gətirilib. Fevralın 24-dən Ukraynaya bomba yağdıran Rusiya kasetli bombalardan istifadə edərək mülki insanları öldürübmü?” məsələsi gündəmə gətirilib. Hesabatda Rusiyanın kasetli bombalardan istifadə etdiyinə dair sübutlar qeyd edilib.
Hesabatda Rusiya Ukraynanın şimal-şərqindəki Xarkov şəhərində yüzlərlə dinc sakinin ölümünə səbəb olmaqda və böyük ölçüdə qadağan olunmuş kaset sursatlarından istifadə etməkdə ittiham olunurdu.

Amnesty International 2 həftədən çox davam edən araşdırmalar zamanı ən azı 62 mülki şəxsin həlak olduğu və 196 nəfərin yaralandığı 41 partlayışa diqqət yetirib. Həmin araşdırmada qeyd edilirdi ki, Rusiya qüvvələrinin dəfələrlə kaset sursatlarından istifadə etdiyinə dair sübutlar var. İçində çox sayda kiçik mina  olan və müəyyən aralıqlarla partlayan bombalar qadağan edilmişlər sırasına daxildir.
Təşkilat rəsmiləri bildiriblər ki, bu silahlar heç bir şəkildə istifadə edilməməlidir, çünki hədəfə istiqamətli deyil, məhvetmə silahıdır. Bu silah dağıdıcı təsir göstərir və çox sayda mülki şəxsin ölümünə səbəb olur."

Rusiya daha əvvəl kasetli  bombalardan istifadə ilə bağlı ittihamları rədd edib və bunun yalnız hərbi hədəfləri vurduğunu iddia edib.
 

Ləman Sərvanqızı,

SİTAT.İNFO



Xəbər xətti