Rusiya-Ukrayna böhranı fonunda Azərbaycan saytları və teleqram kanalları Rusiya əleyhinə təbliğata başlayıb.
SİTAT.İNFO xəbər verir ki, bu barədə Ermənistan Milli Assambleyasının “Mənim şərəfim var” müxalifət blokundan olan deputatı Tiqran Abramyan öz Facebook səhifəsində yazıb.
O qeyd edib ki, bu media resurslarının müxtəlif dövlət strukturlarına və hakim elitanın nümayəndələrinə mənsubiyyəti və ya birbaşa tabeçiliyi nəzərə alınarsa, mənzərə daha aydın görünür. “Rusiya hərbçilərinə qarşı nifrət, sarkazm, öldürülən, yaralanan, əsir düşən hərbçilər haqqında təhqiramiz ifadələr Azərbaycanın daxilində ruslara qarşı genişmiqyaslı düşmənçiliyin formalaşdığını göstərir. Aydındır ki, Rusiya tərəfi bütün bunları qeydə alır, lakin əks tədbirlərə nə vaxt başlayacağı hələ bəlli deyil. Bunun Rusiya-Ukrayna böhranından sonra Moskva ilə Bakı arasındakı münasibətlərə necə təsir edəcəyini təhlil etmək lazımdır. Bu, Rusiya ilə müttəfiqlik münasibətləri və Moskvanın Ermənistan-Azərbaycan-Artsax proseslərində əsas rolunu nəzərə alaraq Ermənistan üçün vacibdir”, - deputat qeyd edib.
Banu
SİTAT.İNFO