"Severodonetsk yaxınlığında döyüşlər davam edir və qarşıdan gələn aylarda çaydan keçmə əməliyyatları, çox güman ki, müharibənin gedişatını müəyyən edən ən mühüm amillərdən biri olacaq".
SİTAT.İNFO xəbər verir ki, bu barədə Britaniyanın Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına istinadən Twitter-də məlumat yayıb.
Qeyd olunur ki, Rusiya cəbhə xəttinin Donbassdakı 90 kilometrlik əsas hissəsi Severski Donets çayının qərbində yerləşir.
"Donbasa hücumun hazırkı mərhələsində uğur qazanmaq üçün Rusiya ya riskli cinah hərəkətləri etməli, ya da çaylardan çətinliklə keçirməli olacaq", - mesajda deyilir.
Qeyd olunur ki, Ukrayna qüvvələri geri çəkilməzdən əvvəl tez-tez körpüləri dağıtmağa müvəffəq olub. Rusiya isə atəş altında olan çaylarda uğurla genişmiqyaslı keçmək üçün zəruri olan kompleks infrastruktur yaratmağa çalışır.
Ləman,
SİTAT.İNFO