Maaşlar ARTDI

15:01 13 İyun 2022

Bu ilin yanvar-aprel aylarına aid olan məlumata əsasən, muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,2 faiz artıb.

Sitat.info rəsmi məlumatlara istinadən xəbər verir ki, artımdan sonra orta maaş 824,7 manat olub. Mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksəkdir.

Mayın 1-i vəziyyətinə ölkəmizdə muzdla çalışan işçilərin sayı 22,9 min nəfər və ya 1,4 faiz artaraq 1 milyon 701,3 min nəfərə çatıb. Onlardan 904 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 797,3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

/Sfera.az



Xəbər xətti