Almaniya kansleri Olaf Şolz Kiyev və Moskva ilə münasibətlər arasında balansı yox, Ukraynanı dəstəkləməlidir.
SİTAT.İNFO xarici mediaya istinadən xəbər verir ki, bu fikri Ukrayna prezidenti Volodimir Zelenski çərşənbə axşamı Almaniyanın ZDF telekanalına müsahibəsində bildirib.
"Bizə elə konsler Şolz lazımdır ki, bizi Ukraynanı dəstəklədiyinə inandırsın. O və hökuməti seçim etməlidir: biz Ukrayna və Rusiya ilə münasibətlər arasındakı ip üzərində oturmağa çalışmamalıyıq, bunun əvəzinə hara üstünlük verəcəyimizi özümüz seçməliyik"
Zelenski həmçinin bildirib ki, AFR Ukraynaya silahla kömək etməyə sonradan başlayıb. “Bu, ritorika deyil, bu, faktdır.Şolz dəfələrlə Kiyev hakimiyyətinə dəstəyini ifadə edib, həmçinin Rusiyanın hərbi xüsusi əməliyyatını pisləyib, Avropa sanksiyalarını dəstəkləyib. Almaniya Ukraynaya silah və maliyyə yardımı edir".
Nigar Abuzər,
SİTAT.İNFO