Ermənistan Avropanın ən böyük silah sərgisində iştirak edir.
SİTAT.İNFO xəbər verir ki, bu barədə "Armeniatoday" məlumat yayıb.
Məlumatda deyilir ki, Müdafiə nazirinin müavini Karen Brutyanın başçılıq etdiyi nümayəndə heyəti "Eurostator 2022" beynəlxalq silah sərgisində iştirak etmək üçün Parisdə səfərdədir.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, iyunun 13-də Karen Brutyan Fransa Silahlı Qüvvələrinin naziri Sebastyen Lekornu ilə görüşüb. Mənbənin sözlərinə görə, həmsöhbətlər müdafiə sahəsində Ermənistan-Fransa əməkdaşlığı ilə bağlı bir sıra məsələləri müzakirə ediblər.
P.S.Məlumatdan da görünür ki, Ermənistan Müdafiə Nazirliyini sərgidə 1 nəfər təmsil edir. O isə sərgidə Ermənistanın silahlarını nümayiş etdirmək üçün yox, sərgiyə baxıb Qərbdən silah dilənmək üçün gedib. Çünki məlumatda sərgiyə qoyulacaq silahların adı belə qeyd olunmayıb. Oluna da bilməz, Azərbaycanın qüdrətli ordusu nəinki Ermənistan silah arsenalını, hətta bu müddətdə kənardan dəstək məqsədilə verilən silahları da məhv edib. Yəni Ermənistan "Avropanın ən böyük silah sərgisində iştirak edir" yox, "sərgini müşahidə edir" olmalı idi. Ermənistan Müdafiə Nazirliyi 1 ildir ki, Bakıdakı "Zəfər parkı"ndakı sərgidə "iştirak edir".
Nərgiz LİFTİYEVA
SİTAT.İNFO