SMA xəstəliyindən əziyyət çəkən 1 yaş 10 aylıq Adnan Mahmudun köməyə ehtiyacı var.
Valideynləri xəstəliyin get-gedə irəlilədiyini qeyd edərək körpənin müalicəsinin yalnız ABŞ-da yerləşən “Boston Childrens Hospital”da mümkün olduğunu bildirirlər. Bunun üçün ailənin 3 milyon 740 min manata ehtiyacı var.
Məbləğin kifayət qədər yüksək olması və sözügedən müalicənin körpə Adnana tətbiq edilməsi üçün çox az zaman qaldığını nəzərə alaraq, hər kəsi ona dəstək olmağa səsləyirik.
Əlaqə nömrəsi: +994 50 246 87 51