Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev Azərbaycan Pauerliftinq Federasiyasının I vitse-prezidenti seçilib.
Sitat.info Oxu.az-a istinadən xəbər verir ki, Pauerliftinq Federasiyasının prezidenti Ələddin Əliyevin iştirakı ilə İdarə Heyəti iclas keçirib.
İclasda Azər Əliyev I vitse-prezident, Vüqar Namazov, Mahir Musayev və Raif Süleymanov vitse-prezident seçiliblər.
Hafiz Verdiyevin baş katib, Azər Mustafayevun baş məşqçi olması təsdiqlənib. Hakimlər Kollegiyasının sədri isə Seymur Əsgərov təyin olunub.
Qeyd edək ki, üç gün əvvəl federasiyanın vitse-prezidenti Rüfət Ağayev və baş katib Hafiz Verdiyev istefa verdiklərini açıqlamışdılar. Lakin Verdiyev yenidən əvvəlki vəzifəsinə qayıdıb.
Onu da bildirək ki, Azər Əliyev daha əvvəl Azərbaycan Ağır Atletika Federasiyasında vitse-prezident işləyib.