Bakıda baş tutmuş 2022 Formula 1 Azərbaycan Qran Prisi ərəfəsində 6 iyun tarixindən bağlanan prospekt və küçələr çərşənbə günü səhər saatlarında tamamilə sürücülərin istifadəsinə verilir.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin yaydığı məlumatda bildirilib ki, iyunun 14-dən 20-nə kimi yollarda təhlükəsizlik məqsədilə quraşdırılan beton bloklar da götürüləcək. Piyadalar üçün quraşdırılmış müvəqqəti körpülər isə iyunun 22-nə qədər aradan qaldırılacaq.
Mövzu ilə bağlı Bakı Şəhəri üzrə Dövlət Yol Polisi İdarəsindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, Formula 1 yarışının təşkilat komitəsi tərəfindən görülən işlərə uyğun olaraq yolların tam açılması təmin olunacaq:
“Bu müddət ərzində məhdudiyyət tətbiq olunan yollarda mərhələli formada bağlanan küçələrin açılması təmin olunur”.