Paşinyan bu ərəb dövlətinin əmirinə "Dostluq" ordeni verdi

16:25 14 İyun 2022

Paşinyan Qətər əmirinin atasına “Dostluq” ordenini təqdim edib. 
SİTAT.İNFO xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan rəsmi səfəri çərçivəsində Dohada Qətər əmiri Həməd bin Xəlifə Al Taninin atası ilə görüşüb.

Həməd bin Xəlifə Al Tani 1995-ci ildən Qətərin əmiridir. 2013-cü ildə o, əmirlikdəki hakimiyyəti oğlu, vəliəhd şahzadə Təmim bin Həməd Al Taniyə təhvil verəcəyini açıqlamışdı.

Hökumətin mətbuat xidmətinin məlumatına görə, Nikol Paşinyan Həməd bin Xəlifə Al Taniyə Ermənistan Respublikasının “Dostluq” ordenini təqdim edib. Həmsöhbətlər iki ölkə arasında əlaqələrin inkişaf perspektivlərini müzakirə ediblər. 

Ləman,

SİTAT.İNFO



Xəbər xətti