Çin Maduronu müdafiə etdi: "ABŞ-nin hegemonluq hərəkətləri..."

14:03 7 May 2026

Çin hakimiyyəti Venesuela lideri Nikolas Maduro və həyat yoldaşının ABŞ-da zorla saxlanılmasına qəti şəkildə qarşı çıxır.

Sitat.info xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cia danışıb. 

"Dörd ay əvvəl ABŞ həyasızcasına Venesuelaya hərbi hücum etdi və Prezident Maduro və həyat yoldaşını zorla saxlayır. Bu cür hegemonluq hərəkətləri beynəlxalq hüququ kobud şəkildə pozur, Venesuelanın suverenliyini pozur və Latın Amerikası və Karib dənizində sülh və sabitliyi təhdid edir", - deyə o, brifinqdə vurğulayıb.

Çinli diplomat Pekinin "bunun qəti şəkildə əleyhinə olduğunu" aydınlaşdırıb. O, əlavə edib ki, Çin Venesuelanın suverenliyini, milli ləyaqətini və qanuni hüquqlarını qorumaq səylərini dəstəkləməyə davam edəcək.

Tehran,

Sitat.info 

 



Xəbər xətti