Kreml Əfqanıstanda Taliban hakimiyyətini tanıyacaq.
SİTAT.İNFO xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov verdiyi açıqlamada Əfqanıstanda idarəçiliyi ələ keçirən Talibanı tanıya biləcəklərini ifadə edərək, Rusiyanın Talibanla bağlı narahatlığının azaldığını deyib.
Əfqanıstanda Taliban bütün ölkəyə nəzarəti ələ keçirdikdən sonra bir çox ölkə Taliban administrasiyasını tanımamaq qərarına gəlib.
Ukraynaya hücumlarına görə dünya ilə qarşı-qarşıya qalan Rusiya Əfqanıstanda idarəçiliyi ələ keçirən Talibanı tanıya biləcəklərini anons edib.
Rusiya prezidenti Vladimir Putinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov Rusiyanın Taliban administrasiyasını tanıması ehtimalını dəyərləndirərək, "Belə bir ehtimal mütləq var. Bunu həm Rusiya prezidenti Vladimir Putin, həm də Rusiya Xarici İşlər Naziri Sergey Lavrov dilə gətirib. Atılan ilk addımlar üçün inklüziv hökumət qurulmalıdır. Onsuz da bunu gizlətmirik. Bu, əfqan tərəfdaşlarımıza yazılı şəkildə çatdırılacaq. Bu qərar üçün ABŞ və ya digər ölkələrin mövqelərinə baxmayacağıq".
Kabulov "Taliban"ın artıq Mərkəzi Asiya üçün təhlükə olmadığını deyib: "Hazırda Əfqanıstanda hökmranlıq edən Taliban hərəkatı artıq Mərkəzi Asiya üçün təhlükə yaratmır. Ən azından, . Özbəkistan və Türkmənistanın Taliban ilə yaxşı inkişaf etmiş uzunmüddətli siyasi və diplomatik əlaqələri var”.
Nigar Abuzər,
SİTAT.İNFO