Çin İran məsələsində aktivləşir – Trampdan diqqətçəkən AÇIQLAMA

23:05 14 May 2026

Çinə səfərini davam etdirən ABŞ Prezidenti Donald TrampÇin Prezidenti Si Cinping ilə keçirdiyi görüş barədə fikirlərini bölüşüb.

Sitat.info xəbər verir ki,  o bu barədə Fox News kanalına verdiyi müsahibədə  danışıb

. Tramp bildirib ki, Si Cinpin həm İranla razılaşmanın əldə olunmasını, həm də  Hörmüz boğazı üzərindən ticari keçidlərin yenidən bərpa edilməsini istədiyini deyib.

" Çin lideri İranla bağlı mümkün razılaşmanı dəstəklədiyini vurğuladı və lazım gələrsə yardım etməyə hazır olduğunu bildirdi. Prezident Si İranla razılaşmanın əldə olunmasını istəyir. O dedi ki, əgər hər hansı şəkildə kömək edə bilərəmsə, bunu etmək istəyərəm. O, Hörmüz boğazının açıq qalmasını istəyir. Neft alan hər kəsin İranla müəyyən əlaqələrinin olması aydındır. Lakin məhz Çinping, mümkün olan hər formada yardım etməyə hazır olduğunu bildirdi”, – deyə Tramp vurğulayıb.

Nigar,

Sİtat.info 



Xəbər xətti