Pekin Vaşinqtondan “qırmızı xətlərə” hörmət tələb etdi: Tayvan və İran mövzusu masada...

11:00 15 May 2026

ABŞ Prezidenti Donald Trump üçün Pekində xüsusi və yüksək səviyyəli qarşılanma təşkil edən Çin lideri Si Cinpin Vaşinqtonla münasibətlərdə yumşalma mesajı versə də, tərəflərin prioritetlərinin hələ də ciddi şəkildə fərqlənir. 

Sitat.info xəbər verir ki, bu barədə Brookings Institution-nun xarici siyasət üzrə əməkdaşı Patricia Kim açıqlama verib.

Onun sözlərinə görə, Tramp administrasiyası əsas diqqəti ticarət, investisiya və kommersiya əlaqələrinə yönəldir. Vaşinqton eyni zamanda ABŞ və Çinin İranın nüvə silahına sahib olmaması və Hörmüz boğazının açıq qalması məsələsində ortaq mövqedə olduğunu vurğulayır.

Patricia Kim qeyd edib ki, Çin tərəfinin açıqlamalarında İranla bağlı konkret addımlar atılacağına dair hər hansı öhdəlik yer almayıb.

Analitik əlavə edib ki, Pekinin yaydığı rəsmi məlumatda ABŞ-Çin münasibətləri üçün yeni çərçivənin formalaşdırılması və Vaşinqtonun Tayvan məsələsində Çinin “qırmızı xətlərinə” hörmət etməsi tələbi xüsusi diqqət çəkir.

Aytac,

Sitat.info

 



Xəbər xətti