Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi baş tutub

12:30 15 May 2026

Rusiya və Ukrayna arasında 205-ə 205 formatında hərbi əsir mübadiləsi həyata keçirilib.

Sitat.info xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi hər iki tərəfin 205 hərbi əsiri qarşılıqlı şəkildə qaytardığını bildirib. Ukrayna tərəfi isə hələlik bu mübadilə ilə bağlı rəsmi açıqlama verməyib.

Məlumata görə, əvvəlki əsir mübadiləsi 24 aprel tarixində baş tutmuş və həmin vaxt tərəflər bir-birinə 193 nəfər təhvil vermişdi.

8 mayda Qələbə günü ilə bağlı üçgünlük atəşkəs çərçivəsində əsir mübadiləsinin 1000 nəfərlik formatda aparılacağı bildirilmişdi. Lakin atəşkəsin ikinci günü Zelenski mübadilə üçün siyahıların Rusiya tərəfinə təqdim edildiyini açıqlamışdı.

Atəşkəs 12 may gecə yarısı başa çatıb, lakin həmin vaxta qədər planlaşdırılan genişmiqyaslı əsir mübadiləsi həyata keçirilməyib.

Aytac,

Sitat.info 

 



Xəbər xətti