Türkiyə XİN: "Ermənistanla münasibətlərin normallaşdırılması Azərbaycanla birlikdə həyata keçirilir"

14:42 15 İyun 2022

"Xüsusilə qeyd etmək istəyirəm ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması ilə bağlı məsələlər can Azərbaycanla yaxın işbirliyi çərçivəsində həyata keçirilməkdədir".

Sitat.info-nun xəbərinə görə, bunu Türkiyə xarici işlər nazirinin müavini Yavuz Selim Kıran "Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir" mövzusunda Şuşada keçirilən konfransda deyib.

O vurğulayıb ki, bu gün Türkiyə diplomatları dünyanın hər yerində Türkiyə ilə yanaşı, Azərbaycanın da hüquqlarının müdafiəsinin qürurunu yaşayır: "Qarabağ zəfəri sadəcə Azərbaycanın torpaqlarına qovuşması, öz yurdlarından məcburi köçkün düşənlərin yenidən doğma torpaqlarına qovuşması mənasına gəlmir. Bu, bölgəmizdə sülh və firavanlığın yaradılması üçün böyük fürsətdir".


/Report



Xəbər xətti