Putin Qərbin Ukraynadakı müharibədən tezliklə yorulacağına ümid edir - Polşa Xarici İşlər Nazirliyi
Rusiyanın Ukraynaya davam edən genişmiqyaslı hərbi müdaxiləsi fonunda işğalçı ölkənin prezidenti Vladimir Putin Qərbin tezliklə müharibədən yorulacağına ümid edir.
SİTAT.İNFO xəbər verir ki, bunu Polşa xarici işlər nazirinin müavini Marçin Pridaç deyib.
"Biz istənilən mümkün yorğunluğa qarşı fəal şəkildə mübarizə aparmalıyıq, çünki Ukraynada müharibə davam edir, orada hər gün insanlar ölür, hər gün uşaqlar və qadınlar ölür, infrastruktur hər gün dağılır", - Rridaç bildirib.
Diplomat onu da qeyd edib ki, Rusiya ilə mübarizə aparmaq üçün əlavə sanksiyalara ehtiyac var ki, bu sanksiyalar təkcə Aİ səviyyəsində deyil, həm də G7 və digər Avroatlantik tərəfdaşlar - ABŞ və ya Yaponiya tərəfindən qəbul edilməlidir.
Aİ-nin altıncı sanksiya paketinin nə vaxt “məqsədli” nəticələr verməyə başlayacağı ilə bağlı suala o, “yaxın bir neçə ayda” Rusiyadan neft idxalının tədricən azalacağını bildirib.
Ləman Sərvanqızı,
SİTAT.İNFO