ABŞ prezidenti Co Bayden sosial media hesabında Ukraynaya 1,2 milyard dollar humanitar və təhlükəsizlik yardımı ediləcəyini açıqlayıb.
SİTAT.İNFO xəbər verir ki, Bayden bu barədə Ukrayna prezidenti Zelenski ilə telefon danışığından sonra məlumat verib:
"Mən bu gün səhər prezident Zelenski ilə Rusiyanın Ukraynaya qarşı amansız və davam edən müharibəsini müzakirə etmək üçün danışdım. Mən Ukraynanın yanında olmaq öhdəliyimizi bir daha təsdiqlədim və ABŞ-ın əlavə təhlükəsizlik və humanitar yardım üçün 1,2 milyard dollardan çox yardım edəcəyini söylədim”.
Digər tərəfdən, ABŞ Müdafiə Nazirliyindən verilən açıqlamada, “Hərbi dəstəyə 18 ədəd 155 millimetr haubitsa, 36 min patron 155 millimetrlik sursat, 18 taktiki maşın, çoxlüləli raket sistemi üçün əlavə sursat, 4 əlavə taktiki nəqliyyat vasitələri və ehtiyat hissələri və digər avadanlıqlar."
Nigar Abuzər
SİTAT.İNFO