"Yeni silahlar gəlsin, Krımı da azad edəcəyik" - Ukrayna ciddi əks-hücuma hazırlaşır...

14:40 16 İyun 2022

ABŞ və digər müttəfiqlərdən yeni silahlar Ukraynaya Krım da daxil olmaqla, müvəqqəti işğal olunmuş bütün əraziləri geri qaytarmağa imkan verəcək. Yeni hərbi yardım göndərildikdən sonra  ölkəmizdə həyata keçiriləcək addımların siyahısı var.

SİTAT.İNFO xəbər verir ki, bunu CNN telekanalına müsahibəsində Ukraynanın müdafiə naziri Aleksiy Reznikov deyib.

"Biz bütün ərazilərimizi, hər şeyi, o cümlədən Krımı azad etməyə hazırlaşırıq. Krım Ukrayna üçün strateji məqsəddir, çünki bu, Ukrayna ərazisidir. Amma biz addım-addım irəliləyəcəyik", - Reznikov bildirib.

Müdafiə nazirinin sözlərinə görə, yeni silah tədarükündən sonra ukraynalı müdafiəçilərin addımları üç mərhələyə bölünəcək.

Birinci mərhələdə, rus qoşunlarına qarşı döyüşlərdə itkilərin qarşısını almaq üçün cəbhədə vəziyyətin sabitləşdirilməsi planlaşdırılır.

İkinci addım, Rusiya Federasiyasının genişmiqyaslı işğala başladığı 24 fevrala qədər işğalçıları sərhədlərə sıxışdırmaqdır. Üçüncü mərhələdə isə Ukraynanın tərəfdaşları ilə “ərazilərin, o cümlədən Krımın azad edilməsi yolları” müzakirə olunacaq.

Jurnalist Reznikovdan soruşub ki, yarımadanın hərbi yolla geri alınması cəhdi Rusiyanı təhrik edə bilərmi?

Nazir cavab verdi ki, bu məsələyə baxılmayıb.

“Fərqi yoxdur. Çünki onlar bunu Xersonda görəcəklər, Zaporojyedə də görəcəklər, Mariupolda da görəcəklər ki, bura Ukrayna torpaqlarıdır, Krım da Ukrayna torpağıdır, nə olursa olsun". 

Xatırladaq ki, iyunun 15-də Ukraynanın Qərb tərəfdaşlarının Rammstein-3 formatında görüşü baş tutub. Danışıqlar nəticəsində ölkəmizə yeni silahların tədarükü barədə qərar qəbul edilib.

ABŞ artilleriya, HIMARS və Harpoons gəmi əleyhinə raketlər verəcək. Slovakiya helikopterlər, Kanada, Polşa və Hollandiya artilleriya, Almaniya isə MLRS göndərəcək.

Səid İsaoğlu,

SİTAT.İNFO



Xəbər xətti