Putindən hiyləgər addım- İşğal etdiyi ərazilərə görün kimləri köçürür...

17:07 16 İyun 2022

Rusiya hərbçilərinin ailələrini Ukraynanın işğal olunmuş ərazilərində məskunlaşdırmağa başlayıb. 

Söhbət özəlliklə işğal olunmuş Xersondan gedir. Burada yeni gələnlər özbaşına tərk edilmiş evlərdə və mənzillərdə məskunlaşırlar.

Artıq köçürmə prosesi  başlayıb.

SİTAT.İNFO Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə müdafiə nazirinin müavini Anna Malyar brifinq zamanı bildirib.

Onun sözlərinə görə, Rusiya Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərinə  işğalçı qüvvələrin ailələrini "idxal" etməyə başlayıb.

"Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, Rusiya müvəqqəti işğal olunmuş ərazilərə, xüsusən də Xerson ərazilərinə rus hərbçilərinin ailələrinin köçünü intensivləşdirib", - Malyar bildirib.



Xəbər xətti