Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutuldu

11:05 17 İyun 2022

İyunun 17-si gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun dövlət sərhədinin Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub

Müdafiə Nazirliyindən Sitat.info-ya verilən məlumata görə, Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.



Xəbər xətti