Rusiyanın daha bir gəmisi vuruldu - Video

11:28 17 İyun 2022

Ukrayna ordusu Qara dənizdə Rusiya hərbçilərini daşıyan Zmeyni adasına aparan “Vasili Bex” yedək gəmisini vurub.

Sitat.info xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

“Zmeyni adasına Qara dəniz donanmasının hərbçilərini və silah-sursat daşıyan “Vasili Bex” gəmisi məhv edilib. Gəmidəki “TOR” zenit-raket kompleksi də Ukrayna hərbçilərinə rus işğalçılarını məhv etməyə mane ola bilməyib”, - məlumatda qeyd olunub.

Gəminin "Harpun" raketi ilə vurulduğu bildirilir.

 



Xəbər xətti