“100-dən çox rus alay şəklində Ukrayna ordusunun tərkibinə keçib.
Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında politoloq Qabil Hüseynli söyləyib.
O, bildirib ki, Ukrayna ordusunda rus alayının yaradılması Putin rejiminin belini qıran tendesiyasdır:
“Bir məlumatı diqqətinizə çatdırım ki, 100 nəfər rus Ukrayna ordusunun tərkibində rus alayı yaradıblar. Bu alayın yaradılmasını Ukrayna ordusunun potensialı baxımından şərh etmək istəmirəm. O nöqteyi nəzərdən diqqətə çatdırmaq istəyirəm ki, artıq ruslar ayılır. Onlar kimlərinsə onların başlarına corab hördüyünü başa düşməyə başlayıblar".
Politoloq vurğulayıb ki, eyni zamanda ölkənin siyasi rejimindən narazlıq artmaqdadır: "Bunlar çox mübət bir tendensiyadır. Putin rejiminin belini qıran tendesiyasdır. Bu tendensiya getdikcə güclənəcək. İş adamlarından başlayan narazılıqlar aşağılara doğru yayılmaqdadır”.
Lamiya Xaqani,
Sitat.info