Aİ Komissiyası Kiyev administrasiyasına İttifaqa üzv olmağı təklif edib. Analoji qərar Ukraynanın qonşusu Moldova üçün də qəbul edilib.
SİTAT.İNFO xəbər verir ki, Avropa İttifaqı (Aİ) Ukrayna və onun qonşusu Moldovanın namizədliyinə yaşıl işıq yandırıb.
Aİ Komissiyası Ukrayna və Moldovanın üzv olmasını təklif edən rəsmi bəyanat yayıb. Aİ Komissiyasının sədri Ursula fon der Leyen Kiyev administrasiyasının bir sıra islahatlara getməsini gözlədiklərini bildirib.
Aprelin 24-də başlayan Rusiya işğalından sonra ilk dəfə Kiyevə səfər edən Fransa lideri Emmanuel Makron, Almaniya kansleri Olaf Şolz, İtaliyanın baş naziri Mario Draqi və Rumıniya prezidenti Klaus İohannis Ukraynanın Avropa İttifaqına üzvlüyünə dəstək mesajları veriblər. Liderlər bildiriblər ki, Ukraynaya namizəd statusu “təcili olaraq” verilməlidir.
Ukraynanın Aİ-yə üzvlük üçün müraciət prosesi fevralın 28-də, Rusiyanın Ukraynanı işğal etməsindən dörd gün sonra başlayıb.
Səid isaoğlu,
SİTAT.İNFO