SON DƏQİQƏ! Ukrayna Rusiya vətəndaşları ilə bağlı kritik qərar verdi: İyulun 1-dən...

17:05 17 İyun 2022

Ukrayna iyulun 1-dən Rusiya Federasiyası vətəndaşlarının ölkəyə girişi üçün viza rejimi tətbiq edəcək. 

SİTAT.İNFO xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski öz Teleqram kanalında bildirib. O, qeyd edib ki, dövlətin milli təhlükəsizliyi, suverenliyi və ərazi bütövlüyünə təhdidlərə qarşı mübarizə çərçivəsində Nazirlər Kabinetinə Ukraynaya giriş rejiminə yenidən baxılması məsələsini işləyib hazırlamağı təklif edib. Dövlət başçısı buynun Ukraynaya daxil olmaq istəyən  Rusiya vətəndaşlarına aid olduğunu diqqətə çatdırıb.

Onun sözlərinə görə, bu gün hökumət bu mühüm qərarı - “Ukrayna Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında Ukrayna və Rusiya Federasiyası vətəndaşlarının vizasız gediş-gəlişi haqqında Sazişin və ərizənin ləğvi haqqında” qərar qəbul etməlidir. Nazirlər Kabinetinin planlaşdırılan qərarı ilə əlaqədar olaraq, 2022-ci il iyulun 1-dən Ukrayna Rusiya Federasiyası vətəndaşları üçün ölkəyə giriş üçün viza rejimi tətbiq edəcək, Zelenski vurğulayıb.

Mayın 2-də Rusiya ilə viza rejiminin ləğvinə dair petisiya lazımi 25.000 səs toplayıb. Bu petisiya, Rusiya tammiqyaslı işğala başlamazdan əvvəl, fevralın 11-də yaradılmışdı, müəllifi isə Nikita Mazura idi.



Xəbər xətti