Bayden Putinlə bağlı şok açıqlama verdi

18:02 17 İyun 2022

“Rusiya Prezidenti Vladimir Putin yalnız Ukrayna ilə kifayətlənməyi planlaşdırmır”.

“Report” xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden “Associated Press”ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, siyasi riskə və ABŞ iqtisadiyyatına zərbəyə baxmayaraq, Amerika Rusiyanın Ukrayna ərazisinə təcavüzə qarşı çıxış etməli idi: “Heç bir iş görülməsəydi, daha pis olardı. Əgər o, Ukraynaya müdaxilə edib onu Belarus kimi nəzarət altına alsaydı, NATO üçün təhlükə yaranardı. Bdelədə hər şey bizim üçün daha pis ola bilərdi”.

C.Bayden deyib ki, Rusiya hərbi təcavüzü Avropanı xaosla təhdid edərdi: “Siz artıq onların Belarusda etdiklərini görmüsünüz. Qonşu ölkələrlə nə baş verərdi. Diqqət edin, Polşa, Çexiya və NATO-ya üzv başqa dövlətlərin başına nələr gələrdi. Yeri gəlmişkən, Vladimir Putin bunların başlanması səbəblərindən birini deyib, onların (Ukrayna - red.) NATO-ya üzv olmasını istəmirdi. O, NATO-nun Finlandiyalaşmasını istəyirdi. Ancaq Finlandiyanın NATO-laşmasına gətirib çıxardı”.



Xəbər xətti