Türkiyə ilə münasibətlərdə son hədd... - Hikmət Hacıyev

10:29 18 İyun 2022

Türkiyə-Azərbaycan münasibətlərində son hədd deyilən bir şey yoxdur. Bizim hədəfimizin son həddi ola bilməz.

Sitat.info xəbər verir ki, bunları Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

“Qarşımıza qoyulan təlimat və vəzifə ondan ibarətdir ki, bu qardaşlığımızı, iş birliyimizi eyni şəkildə ticarət sahəsində də daha da artıraq. Ticarət sahəsində xüsusi olaraq vurğulamaq istəyirəm ki, bu gün Mərkəzi Asiyadan daha çox sürətli ticarət axını var”, - Hikmət Hacıyev vurğulayıb.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, şimal sahəsində bir sıra problemlər olduğundan orta dəhliz olaraq yüklərin Qafqaz üzərindən Türkiyəyə daşınması həcmində artım var: “Düşünürəm ki, bu da Türkiyə və Azərbaycan üçün ayrıca iş dərəcəsidir ki, işlərimizi həmin istiqamətdə davam etdirəcəyik”



Xəbər xətti