Baris Conson yenidən Kiyevdə: Zelenski ilə kritik görüş – FOTO

12:52 18 İyun 2022

Böyük Britaniya baş naziri Baris Consonun fevralın 24-dən bəri Ukraynaya ikinci səfəridir.

Bu dəfə Conson Ukrayna küçələrini gəzib, Rusiyaya gövdə göstərisi etməyib, bağlı qapılar arxasına Zelenski ilə bir neçə saat müzakirə aparıb.

Sitat.info xarici mediaya istinadən xəbər verir ki, görüşdən sonra Zelenski Consonla Ukraynanın təhlükəsizlik təminatlarını müzakirə etdiyini bildirib.

Daha sonra mətbuata açıqlama verib: "Cənab Consonla xeyli müzakirələr apardıq. Danışıqlar müsbətdir. Biz cəbhə xəttindəki vəziyyəti və qələbəmizə necə çatacağımızı müzakirə etdik.

Mən Borisə Ukraynanı mənəvi, o cümlədən silahla dəstəkləməkdə göstərdiyi səylərinə görə minnətdaram. Barislə həmçinin Ukraynanın təhlükəsizlik təminatlarını müzakirə etdik”.

Mətbuat isə Consonla Zelenski görüşünü belə bir dönəmdə kritik görüş adlandırıblar. Bəzi ekspertlər isə Rusiya-Ukrayna müharibəsinin bu yaxınlarda həlledici xarakter daşıyacaq deyirlər. Bu səbəbdən də Qərb liderləri Consonu Zelenskini təimatlandırmağa göndəriblər. Rusiya ordusunu çökdürəcək ağır silahların göndərilməsi planlaşdırılır.

Lamiyə, Sitat.info



Xəbər xətti