Xanım Zelenski: "Prezidentə təzyiq üçün bizdən istifadə edə bilərlər..."

07:13 20 İyun 2022

Ukraynanın birinci xanımı Yelena Zelenskaya The Guardian-a müsahibə verib.

SİTAT.İNFO xəbər verir ki, Müharibə haqqında danışan Yelena deyib ki,  Rusiyanın müstəqil Ukrayna ərazisinə genişmiqyaslı hərbi müdaxiləsinə başladığı gün sanki paralel dünyaya düşüb. 

Zelenskayanın sözlərinə görə, işğaldan əvvəl xeyli məlumatlar olub, o özü heç vaxt kəşfiyyat məlumatları ilə işləməyib.


"Fevralın 24-nə qədər müxtəlif istiqamətlərdən  çoxlu fərqli məlumatlar var idi. Amma təbii ki, mən heç bir hərbi sirrlə məşğul olmamışam. Məndə elə bir hiss var idi ki, paralel reallığa düşmüşəm. Bütün bunlarla yanaşı  həm də özümü, ailəni idarə etməyim, soyuqqanlı olmağım vacib idi. Ona görə də fevralın 24-də bütün günü üzümdə qəribə təbəssümlə keçirdim – çünki çaxnaşma hissini uşaqlara çatdıra bilməzdim. Sadəcə mühafizəçilərin göstərişlərini yerinə yetirdik və bizə deyilənləri edirdik”. 

Yelena həmçinin qeyd edib ki, kimlərinsə ailəsindən istifadə edərək Ukrayna prezidentinə təzyiq etməsi ehtimalına heç bir halda şərait yaratmaq istəmir: "Əlbəttə, prezidentə təzyiq göstərmək üçün ailədən istifadə etmək olar. Mən də istəməzdim ki, Vladimir Zelenski  ailənin maraqları ilə prezidentlik vəzifələri arasında seçim etmək məcburiyyətində qalsın. Hətta kiçik bir ehtimal olsa belə biz bunu istisna etməliyik".

Eyni zamanda, Zelenskaya qeyd edib ki, o, ailəsinin müharibənin ilk aylarını harada keçirməsi barədə məlumatı açıqlamaq istəmir.

"Bu haqda nə qədər az danışsam, bir o qədər təhlükəsiz olaram", - Ukraynanın birinci xanımı deyib.

Lamiyə,

SİTAT.İNFO



Xəbər xətti