Bu gün səhər saatlarında rus qoşunları Sumı vilayətini artilleriyadan atəşə tutublar.
Sitat.info xəbər verir ki, bu barədə Sumı vilayət hərbi idarəsinin sədri Dmitri Jivitski məlumat verib. O bildirib ki, səhər saat 04:30-da ruslar öz ərazisindən Seredino-Budskaya icmasını atəşə tutublar. Onun sözlərinə görə, tələfat və dağıntı yoxdur.
Xatırladaq ki, dünən Ukrayna qoşunları Sumidə rus qoşunları üzərində üstünlük əldə etmişdilər. Bu gün buna cavab atəşi da demək olar. Bu saatlarda isə ruslar kamikadze pilotsuz təyyarələrdən bombalar atırlar. Bundan əlavə, ruslar düşmən kvadrokopterindən atılan parçalanmış qumbara atıblar.
Bir gün əvvəl isə Sumi bölgəsində minaatanların hücumu nəticəsində 48 yaşlı mülki şəxs yaralanıb. 1 ev dağılıb, ən azı 9 ev və bir elektrik qülləsinə ziyan dəyib.
SƏİD İSAOĞLU,
Sitat.info