Ermənistan itkin düşmüş 3890 soydaşımızla bağlı məlumat verməkdən imtina edir - RƏSMİ

12:22 20 İyun 2022

Birinci Qarabağ müharibəsində itkin düşən 3890 nəfər Azərbaycan vətəndaşı barədə Ermənistan tərəfindən indiyədək heç bir məlumat təqdim olunmayıb.

Onların sırasından yalnız 100-dən artıq itkin düşmüş şəxsə aid olması ehtimal olunan meyit qalıqları təhvil verilib və hazırda eyniləşdirmə prosesi aparılır.

Sitat.info xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatında bildirilir.  

Məlumatda qeyd olunub ki, Vətən müharibəsi başa çatdıqdan sonra 12 nəfər hərbçimizin yaralanaraq əsir düşdüyü məlum olub və beynəlxalq təşkilatların vasitəçiliyi ilə onlar qısa vaxtda Vətənə qaytarılıb.  

“6 hərbçimizin isə taleyi bu vaxtadək qeyri-müəyyən olaraq qalmaqdadır. Qələbədən sonra düşmən tapdağından azad olunmuş torpaqlarda 1713 Ermənistan hərbi qulluqçusunun qalıqları və müxtəlif vaxtlarda saxlanılmış 159 nəfər erməni əsiri qarşı tərəfə qaytarılıb.
İtkin vətəndaşlarımızın axtarışı üzrə intensiv və təxirəsalınmaz tədbirlər davam edir və bu istiqamətdə mövcud beynəlxalq əməkdaşlığın daha da genişləndiriləcəyini qeyd olunub”, - deyə məlumatda bildirilir.

SİTAT.İNFO



Xəbər xətti