Rusiya prezidenti Vladimir Putinin ötən həftə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxışı Ukrayna xakerləri tərəfindən tərəfindən pozulub.
Ölkənin birinci şəxsinin çıxışının pozulması onu gülüş hədəfinə çevirib.
Sitat.info xaici mediaya istinadən xəbər verir ki, cəmi bir həftə ərzində Ukraynanın İT komandası Rusiyanın 400-dən çox onlayn resursuna da hücum edib.
Rəqəmsal Transformasiya Nazirliyinin mətbuat xidməti Putinin forumdakı çıxışının pozulması barədə öz Telegram kanalında məlumat paylaşıb: "Sankt-Peterburqda keçirilən iqtisadi forumun akkreditasiya bazasına edilən hücumlar Putinin çıxışını bir saat təxirə salmağa məcbur etdi. Bu, onun müharibə müxbirləri ilə görüşünü korladı və dünyanın əsas terrorçusunun iyrənc təbliğatının qarşısnı aldı".
Bununla yanaşı, son bir həftə ərzində Ukrayna İT komandası Rusiya Federasiyasının regional məhkəmələri də yan keçmədi. Daimi kiberhücumlar səbəbindən bir neçə həftədir ki, Rusiya regional məhkəmələrinin resursları dondurulub, məlumat əldə etmək mükün deyil. Rəqəmsal Transformasiya Nazirliyi həmçinin qeyd edib ki, İT komandası Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində terrorçu birləşmələrin onlayn resurslarını sıradan çıxarıb.
Safura,
Sitat.info