Operativ Qərargah hamının gözlədiyi qərarı qəbul etməyə hazırlaşır - AÇIQLAMA

15:49 20 İyun 2022

"Qonşu ölkələrdə yoluxma sayı tənzimlənən həddədir. Azərbaycanda da son aylar yoluxma sayında kəskin azalmalar var. Bütün bunlar Operativ Qərargah tərəfindən quru sərhədlərin mərhələli açılması ilə bağlı qərarların qəbul olunmasına səbəb ola bilər".

Sitat.info xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov İTV-yə açıqlamasında bildirib.

Deputat əlavə edib ki, quru sərhədlərinin açılması həm iqtisadi, həm də vətəndaşların səfərlərinin asanlaşması baxımından vacibdir.



Xəbər xətti