Polşa sərhədçiləri belarus əsgərlərini ifşa etdi: Sərhəddə nə qazırlar?

16:28 20 İyun 2022

Polşa sərhədçiləri Belarus hərbçilərinin təxribatını nümayiş etdirib.

SİTAT.İNFO xəbər verir ki, Polşa sərhəd xidmətinin məlumatına görə, onlar sərhəddə quraşdırılmış hasarın altını qazmağa cəhd ediblər.

Sərhədçilər öz Tvitter hesablarında tunelin fotosunu dərc ediblər.

Belə ki, Polşanın Dubiçi kəndi yaxınlığındakı ərazidə, kilsəyə nəzarət edən  hərbçilər  altı belarus əsgərinin  hasarın altını qazmağa çalışdığını görüblər. 

Xatırladaq ki, media Ukrayna ordusu tərəfindən Belarusla sərhədin müdafiəsinin təfərrüatlarını öyrənmişdi. Beləliklə, Belarus sərhəddində ukraynalı əsgərlər əsaaslı şəkildə möhkəmlənir, təxribatların qarşısını almağa çalışırlar.

 Jurnalistlər öyrəniblər ki, Belarus və Rusiya hərbçiləri davamlı olaraq sərhədin o biri tərəfində hərəkət edir, təlimlər təşkil edir və təlim adı altında reaktiv yaylım atəşi sistemlərini Ukraynaya doğru yerləşdirirlər. 

Nigar,

SİTAT.İNFO



Xəbər xətti