SON DƏQİQƏ! DTX bu qurumda əməliyyat keçirib - Generalların da saxlanıldığı deyilir...

20:09 20 İyun 2022

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Bakıda əməliyyat keçirib.

Trend-in əldə etdiyi məlumata görə, dövlət qurumlarının birində baş tutan əməliyyatda vəzifəli şəxslər saxlanılıb.

Qeydi-rəsmi məlumata görə, əməliyyat Dövlət Gömrük Komitəsinin Abşeron və İpək Yolu terminallarında həyata keçirilib.

Əməliyyatla bağlı rəsmi açıqlama veriləcəyi gözlənilir.

Bakupost.az-un məlumatına görə, dövlət qurumlarından birində baş tutan əməliyyat zamanı saxlanılanlar arasında general rütbəli şəxslər də var.



Xəbər xətti