Rusiya Xarici İşlər Nazirliyi Kalininqrad vilayətinə dəmir yolu ilə yüklərin tranzitini məhdudlaşdıran NATO üzvü Litvaya etiraz notası göndərib.
Sitat.info xəbər verir ki, Kalininqrad Kontinental Avropada yeganə Rusiya ərazisidir və Polşa ilə Litva arasında Baltik dənizi sahilində yerləşir.
Bölgə Rusiya ərazisi olsa da, Rusiya ilə quru əlaqəsi yoxdur.
Nazirlikdən verilən açıqlamada, Litvanın Kalininqrad vilayətinə dəmir yolu ilə yük daşınmasını məhdudlaşdırmaq qərarına gəldiyi bildirilib.
Bəyanatda qeyd olunur ki, bu qərar “Rusiya ilə Avropa İttifaqı arasında Kalininqrad vilayətinə yüklərin daşınmasına dair 2002-ci il müqaviləsini pozur” və “düşmənçilik”dir.
Bu səbəbdən Litvanın Moskvadakı səfirliyində çalışan Virciniya Umbrasenenin Nazirliyə çağırılıb. “Tranzitə qoyulan məhdudiyyətlə əlaqədar müvəqqəti işlər vəkilinə etiraz notası verilib. Rusiya tərəfinə məlumat vermədən dəmir yolu ilə Litva ərazisindən Kalininqrad vilayətinə müxtəlif malların daşınması ilə bağlı məhdudiyyətlər dərhal aradan qaldırılsın. Rusiyanın qalan hissəsi arasında yük daşımaları bərpa olunmazsa, Rusiya öz milli maraqlarını qorumaq hüququnu özündə saxlayır".
Nigar,
SİTAT.İNFO